Manaf Agayev - Dostum, Hardasan

Песня "Dostum, Hardasan" - исполнителя Manaf Agayev - скачать в mp3 или слушать бесплатно.

Длительность: 12:22

Размер: 17.8Mb

Прослушано: 180

Клип к песне Dostum, Hardasan




Текст песни

Təklikdə çaylaq daşıyam
Məni qoymayın təklənəm
Əl dəydi, çaxmaq daşıyam
Məni qoymayın təklənəm
Dağsız duman yalnız ahdı
Qara bulud yalqız axdı
Çən təkləndi — yalquzaqdı
Çəni qoymayın təklənə
Xəlbirlənə kaş ömür də
Boş il düşə boş ömürdən
Xoş an qalar xoş ömürdən
Anı qoymayın təklənə
Bu gün bir başqa cür aradım səni
Ey mənim həqiqi dostum, hardasan?
Yoxluğun indidən duyulur sənin
Gözlərim yoldadır, dostum, hardasan?
Bu gün bir başqa cür aradım səni
Ey mənim həqiqi dostum, hardasan?
Yoxluğun indidən duyulur sənin
Gözlərim yoldadır, dostum, hardasan?
Ürəyim doludur, sığmayır köksə
Sən mənə gərəksən, dostum, hardasan?
Yerini doldurmur başqa bir kimsə
Eşit harayımı, dostum, hardasan?
Ürəyim doludur, sığmayır köksə
Sən mənə gərəksən, dostum, hardasan?
Yerini doldurmur başqa bir kimsə
Eşit harayımı, dostum, hardasan?
Heç kəs yoldaşlıqda sən ola bilməz
Anladım mən bunu, dostum, hardasan?
Qəlbimə həkk olan sevgi silinməz
Sən mənə gərəksən, dostum, hardasan?
Heç kəs yoldaşlıqda sən ola bilməz
Anladım mən bunu, dostum, hardasan?
Yoxluğun bu gündən duyulur sənin
Gözlərim yoldadır, dostum, hardasan?
Ürəyim doludur, sığmayır köksə
Sən mənə gərəksən, dostum, hardasan?
Yerini doldurmur başqa bir kimsə
Eşit harayımı, dostum, hardasan?
Ürəyim doludur, sığmayır köksə
Sən mənə gərəksən, dostum, hardasan?
Yerini doldurmur başqa bir kimsə
Eşit harayımı, dostum, hardasan?
Azərbaycanlıyam, damarımda var qanım
Ədalətdir, həqiqətdir amalım
Gözlərinin qadasını, ay Qarabağ, mən alım
Gözlərinin qadasını, ay Qarabağ, mən alım
Sən göynəyib ürəyimi dağlama
Ağlama, Dağlıq Qarabağım, ağlama
Pəncərəni külək döyüb bağlasa
Eyvanına quşlar qonub ağlasa
Ürəyini nalən yolub ağlasa
İçində yan, ağı deyib ağlama
Didərginlər ah çəkirlər Allaha
Didərginlər ah çəkirlər Allaha
Ümidlərini bağlayırlar sabaha
Azərbaycan parçalanmaz bir daha
Ağlama, Qarabağ, ağlama
Bu döyüşdür, əzilən var, əzən var
Ölüm hökmü qoltuğunda gəzən var
Burda «bizik», nə «mən» vardır, nə «sən» var
Yox, ağlama, ana millət, ağlama
Qorxuram ki, sına millət, ağlama
Xəyanətdən gör nələr çəkdi başım, ay Allah
Xəyanətdən gör nələr çəkdi başım, ay Allah
Düz on üç ildir dəftər yazır yaddaşım
Şuşa, Laçın, Ağdam, Füzuli
Sən gəl mənim ürəyimi dağlama
Ağlama, Qarabağ, ağlama
Ağlama, Qarabağ, ağlama
Hayqır, könül, bundan betər çağ hanı?
İnsan yanır, torpaq yanır, dağ yanır
Manaf, indi ağlamağa vaxt hanı?
Qardaş deyib, yurddaş deyib, ağlama
Ağlamağın yeri deyil, ağlama
Qorxuda bilməz namərd bizi ölümlə
Ana yurdum, sil gözünün yaşını, ağlama
Sən kövrəlib ürəyini dağlama
Ağlama, Füzulim, ağlama
Dağlıq Qarabağım, ağlama
Əziziyəm, dolan gəz
Dolan bağı, dolan gəz
Əziziyəm, dolan gəz
Dolan bağı, dolan gəz
Qürbətdə xan olunca
Gedib öz vətənində dilən gəz

Показать текст

Популярные треки

Someone - Vanotek, Denitia
2 Die 4 - Tove Lo
In The Dark - Purple Disco Machine, Sophie and the Giants
#HABIBATI - Пошлая Молли, HOFMANNITA
ИСКАЛА - Земфира

Будьте первым кто оставит комментарий!